Fəhlə 5 metr hündürlükdən yıxılaraq ölüb

11:42 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan hafta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxunma sayı 1203