Fərid Şəfiyevin yeni kitabı nəşr olunub

14:21 20.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı nəşr olunub.

Hafta.az-ın yazdığına görə, kitabda Çar Rusiyası və Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirilən köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə edilən sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası müvafiq fəsillər üzrə nəzərdən keçirilir.

Kitab tarixçilər, siyasətçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tezliklə geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.