Fevralın 15-dək bağçalar açıla bilər - Nazir

13:05 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bağçaların fevralın 15-dək açıla biləcəyinə ümid edirik, lakin hazırda bununla bağlı proqnoz vermək çətindir.

Hafta.az xəbər verir ki, bu haqda təhsil naziri Emin Əmrullayev bu gün keçirilən  mətbuat konfransında deyib.

Nazir eyni zamanda əlavə edib ki, fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur.