FHN Biləsuvardakı partlayışla bağlı məlumat yayıb

20:10 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Bilasuvarda yaşayış binasında ilkin ehtimala görə qaz sızması nəticəsində partlayışın olduğu barədə məlumat daxil olub

Hafta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata əsasən, hazırda FHN qüvvələri hadisə yerinə cəlb edilib.

Müəyyən edilib ki, partlayış binanın sonuncu mərtəbəsində baş verib, nəticədə binanın damı uçub.