Yazını böyüt
Yazını kiçilt
Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.