FHN-dən 6 ballıq zəlzələ ilə bağlı açıqlama

12:28 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər  verdiyimiz kimi, yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, 6 bal gücündə olan zəlzələdə ciddi dağıntı müşahidə edilməyib. Evlərdə və ictimai iaşə obyektlərində hər hansı bir çatların olması ilə bağlı nazirliyə hələlik müraciət yoxdur.