FHN əməkdaşları tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylayıb, maarifləndirici söhbətlər aparıb

13:52 12.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müxtəlif tədbirlər həyata keçirir.

Hafta.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, növbəti belə tədbir FHN-in Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunda həyata keçirilib.

 Aprel ayının 11-də Regional Mərkəz əməkdaşları tərəfindən Lənkəran şəhəri və rayonun müxtəlif kəndlərində yaşayan bir sıra ailələrə baş çəkilib, onlara yardım göstərilib. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

Görüş zamanı nazirliyin əməkdaşları ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.