FHN müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardımı davam etdirir

13:42 20.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən çox peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar. Ötən müddət ərzində 345 vətəndaşa psixoloji yardım göstərilib.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Tibb mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva jurnalistlərə müsahibəsində deyib.

Xanım Sofiyeva qeyd edib ki, müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş pasiyentlərin 33-ü uşaq olub. Ümumilikdə sentyabrın 5-dən indiyədək 511 seans psixoloji yardım göstərilib.

Mərkəz rəisi bildirib ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.