FHN Xızıdakı yanğınla bağlı məlumat yayıb

16:11 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Bu barədə hafta.az-a FHN-dən bildirilib.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Oxunma sayı 1804