Yazını böyüt
Yazını kiçilt
Burkina-Faso Futbol Federasiyasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kader Traore Beynəlxalq Futbol Federasiyasının (FİFA) Rusiya millisi ilə oyunu qadağan etdiyini bildirib. Sport24 xəbər verir.
“Federasiyamızın baş katibinin sözlərinə görə, indi Rusiya ilə oyun oynamaq çətindir. FİFA bu oyuna görə Federasiyamıza qarşı cəza tədbirləri görəcək”, - deyə Traore bildirib.
2022-ci ilin yazında FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əsasən, Rusiya milli komandasının, eləcə də bütün Rusiya klublarının onların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəliblər.