FIFA referisi İspaniya klubunun oyununa təyinat alıb

12:35 22.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan hafta.az-a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) oyununun baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.