Filippində bərə qəzasında ölənlərin sayı 52-yə çatıb

15:17 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippinin cənubunda sərnişin və yükdaşıyan bərənin batması nəticəsində ölənlərin sayı 52 nəfərə yüksəlib.

Hafta.az Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, 27 nəfər isə itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, Zamboanga şəhərindən Jolo şəhərinə gedən sərnişin bərəsində ümumilikdə 372 nəfər olub.