Finlandiya ərazisində NATO-nun nüvə silahlarını yerləşdirməyəcək

20:10 03.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto mətbuat konfransı zamanı bildirib ki, ölkənin öz ərazisində NATO nüvə silahlarını yerləşdirmək planı yoxdur. Onun sözlərini TASS sitat gətirir.

“NATO-nun bu məsələlərdə daimi strukturları var və məndə olan məlumata görə, ABŞ Avropada nüvə silahlarının sayını artırmaq niyyətində deyil. NATO-nun məqsədi nüvə silahı olmayan dünyadır və buna hamının iştirak etdiyi danışıqlar prosesi vasitəsilə nail olmaq lazımdır”, - Haavisto bildirib.
Haavistonun mövqeyini Finlandiyanın müdafiə naziri Antti Kaykkonen dəstəkləyib.

“Reallıq budur ki, nüvə silahı Finlandiya və ya İsveçə məcbur edilməyəcək. Biz də buna çalışmırıq "deyə müdafiə idarəsinin rəisi bildirib.