Floridada silah alma yaşı 18-ə endirildi

10:34 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası əvvəlki minimum yaş həddi 21-i aşağı salmaqla 18 yaşlı gənclərə odlu silah almağa icazə verən qanun layihəsini qəbul edib.

Hafta.az-ın yazdığına görə, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası 18 yaşlı gənclərə ov tüfəngi almağa icazə verən mübahisəli qanun layihəsini martın 1-də 76 lehinə, 35 əleyhinə səslə qəbul edib. Ştat senatı hələ qanun layihəsini səsə qoymayıb.

Federal qanun, silah təhlükəsizliyi qrupu Everytown-a görə, lisenziyalı odlu silah satıcısından tapança almaq istəyənin ən azı 21, hücum silahları da daxil olmaqla uzun lüləli silah almaq istəyənlərin isə 18 yaşı tamam olmalıdır.

Yeni qanun layihəsinin əleyhdarları 2018-ci ildə 19 yaşlı bir gəncin Marjory Stoneman Douglas Liseyində atəş açaraq 17 nəfərin ölümü və 17 nəfərin yaralanması ilə nəticələnən Parklend atışmalarını xatırladıblar.

Demokratların nümayəndəsi Robin Bartleman həmkarlarını 2018-ci ildə silah alma yaşını 21-ə qaldıran (məktəbdəki atışmadan qısa müddət sonra) qanunu "geri qaytarmaq" qərarına görə tənqid edərək, "Bizə ayıb olsun" deyib. "Biz Florida sakinləriniə onları qoruyacağımızı söylədik" deyib.

"İnanılmaz!!! Florida Nümayəndələr Palatası Marjory Stoneman Douglas Aktını - ikitərəfli adi silah qanunvericiliyini ləğv etməyə səs verdi. Utancverici! Söyülmüş vədlər!", - o əlavə edib.

2023-cü ildə federal apellyasiya məhkəməsi Milli Tüfəng Assosiasiyasının (NRA) müraciətini əngəlləyərək ştat qanununu dəstəkləyib.

Respublikaçı Dövlət Nümayəndəsi Bobbi Payn onun qanun layihəsinin ikinci düzəlişdə göstərilən hüquqları dəstəklədiyini müdafiə edib: "Mən məktəblərimizdən narahat deyiləm. Floridada məktəblərimiz təhlükəsizdir. Məni narahat edən odur ki, uşaqlarım, nəvələrim və övladlarımız özlərini müdafiə edə bilmirlər, çünki biz onların hüquqlarını məhdudlaşdırırıq”.

Qanun qəbul olunarsa, iyulun 1-dən qüvvəyə minəcək.

Oxunma sayı 215