Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

11:47 02.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.

Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.

Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.