Yazını böyüt
Yazını kiçilt
Fransa Ermənistanla öz hərbi kommunikasiya kanalını formalaşdırmaq istəyir: bunun təzahürü İrəvanda iqamətgahı olacaq Fransa hərbi attaşesinin mümkün təyinatı ola bilər.
Hafta.az xəbər verir ki, bu barədə Fransanın “Intelligence Online” nəşri yazıb.
“Paris tezliklə İrəvandakı Fransa səfirliyində iqamətgahı olan hərbi attaşe təyin edə bilər. Belə bir təyinat ilk baxışda əhəmiyyətsiz görünsə də, bu, Fransanın Ermənistanla öz hərbi kanalını açmaq və bununla da sonuncunun Moskva ilə müstəsna hərbi əlaqələrinə son qoymaq istəyinin ifadəsi ola bilər”- deyə nüfuzlu Fransa nəşri vurğulayır.