Fransa öz məqsədlərinə çatmaq üçün Ermənistan istifadə edir  - Kamilə Əliyeva

11:57 24.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransanın Ermənistanla hərbi müqavilə imzalaması bu ölkənin yeni ərazilər əldə etmək, Cənubi Qafqazda nüfuz sahibi olmaq iddiasını ortaya qoyur.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamilə Əliyeva bildirib.

Deputat Fransa müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasında havadan müdafiə sistemlərinin alınması ilə bağlı imzalanan hərbi müqavilənin regionda gərginliyin saxlanılmasına xidmət etdiyini bildirib.

“Fransa öz məqsədlərinə çatmaq üçün Ermənistan istifadə edir. Paşinyanın atdığı addımlar Ermənistan üçün heç nə vəd etmir. Ermənistann Fransadan silah alması, ABŞ-la hərbi təlimlər keçirməsi Paşinyan hakimiyyətinə baş ağrısısı olacaq”.

Deputat eyni zamanda Avropa dövlətlərinin parlamentlərində Azərbaycana qarşı qəbul edilən qərəzli qərarlara diqqət çəkib. O, bildirib ki, Fransanın bu fəaliyyəti antidövlət, antimilət xarakteri daşıyır.

“Avropa parlamentarilərinin qərəzli fikirləri Azərbaycan prezidentin qətiyyəti qarşısında sabun köpüyündən başqa bir şey deyil.  Azərbaycan güclü dövlətə çevrilib. Ermənistan rəhbərliyi unutmamalıdır ki, bu gün onu silhlandırmaq istəyən dövlətlər sonda onu zərbə altında qoyacaqlar”.

Siyasət rubrikasından digər xəbərlər