Fransa Superkubokunun qalibi məlum olub

22:39 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Superkubokunun qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, həlledici oyunda PSJ və “Monako” komandaları qarşılaşıb.

Qətərin paytaxtı Doha şəhərində keçirilən görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub. Bununla da PSJ Fransa Superkubokunun qalibi olub.