Fransa hökuməti Taliban tərəfindən təhdid edildiyi deyilən 5 əfqan qadını Parisə qaçırıb.
Hafta.az-ın yazdığına görə, Fransanın immiqrasiya rəsmisi Didye Leşçi bildirib ki, əfqan qadınlar prezidentin xüsusi sərəncamı ilə Pakistandan Fransaya aparılıb.
"Biz Taliban tərəfindən təhdid edilən qadınlara xüsusi diqqət yetiririk, çünki onlar Əfqanıstan cəmiyyətində mühüm rol oynayırlar və ya qərblilərlə yaxşı münasibətdədirlər. Bu, bu gün gələn 5 qadın üçün də belədir", - Leşçi deyib.
Fransaya aparılan qadınlar arasında keçmiş universitet rektoru, qeyri-hökumət təşkilatının məsləhətçisi, keçmiş televiziya aparıcısı və Kabildəki gizli məktəbdə işləyən müəllim də var.
Bildirilib ki, qadınlardan biri özü ilə üç uşağını da Fransaya aparıb.
2021-ci ildən, Taliban yenidən hakimiyyətə gələndən sonra qadınlar Qərb ölkələrinə hava yolu ilə gedə bilmirlər. Bu səbəbdən 5 qadının quru yolla qonşu Pakistana qaçdığı və oradakı evakuasiyanı Fransa rəsmilərinin təşkil etdiyi bildirilib.
Lesçi qadınların Fransaya sığınacaq üçün müraciət ünvanlayacaqlarını və hüquqi proses gedən müddətdə onların yaşayış yeri ilə təmin ediləcəyini bildirib.
Fransa rəsmisi əlavə edib ki, bu cür təxliyə əməliyyatları çox güman ki, oxşar profilli əfqan qadınlar üçün də təkrarlanacaq.