Yazını böyüt
Yazını kiçilt
Fransa digər müttəfiqləri ilə birlikdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyə hazırdır.
Bunu brifinqdə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə təhlükəsizlik qarantı rolunu oynaya biləcəyi barədə KİV-də dərc olunan məlumatı şərh edərkən bildirib.
“Fransa Ukrayna ilə uzunmüddətli perspektivdə özünü qorumağa və mümkün gələcək təcavüzün qarşısını almağa kömək edəcək təhlükəsizlik zəmanətlərinin verilməsinə yönəlmiş sazişlər üzrə danışıqlara hazırdır”, - deyə bəyanatda bildirilir.