Fransada xəstəxanada ölən qadının cəsədini zibil qutusuna atdılar

09:32 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransada səhiyyə xidmətləri kadr çatışmazlığı və xidmət şəraiti səbəbiylə tənqidlərin mərkəzində olarkən, təcili yardım xidmətinə aparılan demensiyalı qadın xəstəxananın zirzəmisindəki zibil konteynerində ölü tapılıb.

Hafta.az-ın “La Provence” qəzetinə istinadən yazdığına görə, 23 yaşından demensiya xəstəsi olan 85 yaşlı qadının vəziyyəti ağırlaşıb. Bu səbəbdən də o, Eks-en-Provence şəhərindəki xəstəxananın təcili yardım otağına gətirildi.

Fevralın 23-nə keçən gecə xəstəxanadan itkin düşdüyü bildirilən yaşlı qadın fevralın 25-də həmin xəstəxananın zirzəmisində zibil konteynerində ölü halda qızı tərəfindən tapılıb.

Yaşlı qadını xəstəxanaya gətirən Klaudin anası müalicə olunarkən içki içməyə getdiyini, təxminən 1 saat sonra qayıdanda təcili yardımda anasının yerinin dəyişdirildiyini bildirib.

Tibb bacıları onu anasının müalicə olunduğu şöbəyə apara bilməyəcəklərini dedikdən sonra evə qayıdan Klaudin xəstəxanadan gələn telefon zəngi ilə anasının itdiyini öyrənib.

Xəstəxanaya gələn Klaudin rəhbərlikdən təhlükəsizlik kameralarına baxmağı xahiş edib.

Xəstəxana rəhbərliyi təhlükəsizlik kameralarını idarə edən işçinin məzuniyyətdə olduğunu və kameralara daxil olmaq üçün parollarının olmadığını bildirib. Bundan sonra Klaudin xəstəxana ətrafında və sosial media hesablarında paylaşımlar edərək itkin anasını axtarmağa başlayıb.

Yanğınsöndürən əmisi oğlu ilə xəstəxananın yaxınlığında axtarışları davam etdirən Klaudin fevralın 25-də anasının cəsədini xəstəxananın zirzəmisində zibil konteynerində tapıb.

Hadisə sosial mediada reaksiya doğurub və Eks-en-Provence Prokurorluğu araşdırmaya başlayıb.

Klaudin xəstəxananı anasının ölümündə təhlükəsizlik kameralarına giriş təmin etməməkdə günahlandırır.

Oxunma sayı 191