Fransızlar “Napoleon”u bəyənmədilər

09:50 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransız tənqidçilər Ridli Skottun çoxdan gözlənilən “Napoleon” bioqrafik filmini bəyənməyiblər. Bu həftə Parisdə filmin premyerasından sonra tənqidçilər “Napoleon”u "son dərəcə qeyri-adekvat" və "darıxdırıcı" adlandırıblar.

Hafta.az-ın “ePoint”ə istinadən yazdığına görə, “Joaquin Phoenix”in Fransa imperatoru rolunda oynadığı epik film, Britaniya və ABŞ-da yüksək rəylər almasına baxmayaraq, Fransadakı tənqidçiləri qəzəbləndirib.

Tarixçi Patris Gueniffey, “Napoleon”u "Britaniyalı film... İfrat anti-fransız" kimi tənqid edib. O, filmdən “darıxdığını” bildirib və əlavə edib ki, fransız əsgərlərin Amerika aksenti ilə “Vive la France” (Yaşasın Fransa) qışqırması səhnəsi “axsaq”, lakin “istəmədən gülməli” idi.

“Le Figaro” filmin adının "İmperatorluq dövründə “Barbie və Ken" olaraq dəyişdirilməsinin lazım olduğunu bildirərək, Napoleonun "əlində silah və göz yaşı tökməyə hazır olan emosional vəhşi" kimi təsvir edildiyini bildirib.

Kanadanın fransızca nəşr olunan “Le Devoir” qəzeti Napoleonun Belçikadakı nəticəsiz son mövqeyinə işarə edərək “Bu Waterloo deyil, amma Austerlitz də deyil” başlığını yazıb.

Napoleonun mütləq məğlubiyyəti ilə nəticələnən Vaterloo döyüşü Avropa dövlətləri arasında 23 illik silahlı mübarizəyə son qoydu. Üç İmperatorun Müharibəsi kimi də tanınan Austerlitz döyüşü Napoleon Bonapartın əldə etdiyi ən böyük qələbə sayılır.

Məqalədə Joaquin Foeniksin canlandırdığı Napoleon "görünür, nə etdiyini bilməyən huysuz bir uşaq" kimi təsvir edilib.

BBC Radio 4-ə danışan fransız akademik Estelle Paranque “Napoleon”dakı qeyri-dəqiqlikləri etiraf edib, lakin israrla bildirib ki, "bu bədii filmdir, sənədli film deyil".

Bununla belə, Skottun Mari Antuanettanın edamını təsvirindən danışarkən, o, deyib: "Bu, məni bir az narahat etdi. Çünki səhnə onu bir az qorxmaz və enerjili göstərir, amma o, həqiqətən də belə olmayıb".

Oxunma sayı 156