FTB Trampın eindən 11 dəst məxfi sənəd müsadirə edib

22:20 12.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ölkənin keçmiş prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarış zamanı 11 dəst məxfi sənədi müsadirə ediblər.

Hafta.az xəbər verir ki, bu barədə müsadirə edilən materiallarla tanış olan "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu götürülüb. Müsadirə edilən sənədlər arasında D.Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin "Fransa prezidenti" ilə bağlı bəzi məlumatlar var. Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında “tam məxfi” kimi təsnif edilən materiallar da var ki, nəşrin yazdığına görə, yalnız “xüsusi dövlət müəssisələrində” saxlanıla bilər.

Oxunma sayı 127