15:15 25.08.2007
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın qadınlardan ibarət yığma futbol komandası bu gün İrana yola düşəcək. Komandamızın heyətinə daha bir futbolçunun adı əlavə olunub. Avqustun 27-də İranda bu ölkənin yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək millimizin heyətinə dəvət olunmuş futbolçu Rostovun OİK klubunda çıxış edən Anna Ələkbərovadır. Bununla da qadınlardan ibarət milli futbol komandamızın heyəti tam formalaşıb. Baş məşqçi Şamil Heydərov yığma komandanın heyətinə Svetlana Sadçikova, Əlviyyə Bikbulatova, Sədaqət Vəliyeva, Mahirə Ağazadə, Sneyana Gömrüqova, Nərminə Məmmədova, Güzel Zakirova, Füruzə Şükürova, Nərgiz Hacıyeva, Fəridə Babayeva, Günay Abdullayeva, Nərminə Rzayeva, Aysel Bağırova, Qalina Babayeva, Lyubov Tirina, Gülnarə Əzizova, Nigar İsmayılova və Anna Ələkbərovanı daxil edib.