İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində silah-sursat aşkar olunub. Tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, müxtəlif növ 30 əl qumbarası, müxtəlif çaplı 67 mərmi, müxtəlif çaplı 7500 patron və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.