G7 sammitində Ukraynaya dəstək əsas mövzulardan biri olacaq

10:43 14.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Baş naziri Rişi Sunak “Böyük Yeddilik” (G7) ölkələrinin Xirosimada keçiriləcək sammitində Ukraynaya yardımın aktivləşdirilməsi ilə bağlı məsələləri qaldıracaq.

Hafta.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı məlumatda deyilir.

“G7 sammitində R.Sunak beynəlxalq fəaliyyəti gücləndirmək və Ukrayna hərbi əməliyyatların eskalasiyasına hazırlaşdığı bir vaxtda ona dəstəyi artırmaq üçün səy göstərəcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, Yaponiyanın bu il sədrlik etdiyi G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək.