Gələn il güzəştli ipoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanacaq

15:24 10.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ilin əvvəlində güzəştli ipoteka kreditləri ilə bağlı müraciətlərin qəbulunu planlaşdırırıq.

Hafta.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev deyib.

O qeyd edib ki, bildiyimiz kimi, güzəştli ipoteka kreditləri üzrə vəsaitlər dövlət büdcəsindən ayrılır. Operativliyin, şəffaflığın və vətəndaşlar arasında azad seçimin təmini məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun internet səhifəsində, sosial şəbəkələrdə müraciətlərin qəbuluna başlanması ilə əlaqələr elan yerləşdiriləcək.