Ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan indikatorlardır. Ehtiyac meyarı və yaşayış minimumunda artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin də 30% artımına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatın üzərində olacaq.
Hafta.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Babayev bildirib ki, bu da həm cari ildə olan ümumi inflyasiyasının, həm də ərzaq inflyasiyasının qarşısını almağa kömək edəcək.