Gəlinin keçmiş sevgilisindən bəyə toy hədiyyəsi – İKİ ÖLÜ...

16:39 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qeyri-adi hadisələrlə tez-tez dünya gündəminə düşən Hindistan bu dəfə inanılmaz bir qisas hekayəsindən danışır.

Hindistanın Chhattisgarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyə toy hədiyyəsi olaraq göndərilən Cinema sistemi elektrik şəbəkəsinə qoşulan kimi güclü səslə partlayıb.

Bəy hadisə yerində ölərkən, hədiyyəni açarkən yanında dayanan qardaşı ağır xəsarət alaraq aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.

Hadisənin qəza olub-olmadığını araşdıran polis ağlasığmaz reallıqla qarşılaşıb. Cütlüyə göndərilən hədiyyədə bomba olub.

2 nəfərin ölümünə səbəb olan kinoteatr sisteminin olduğu mağazaya qədər təqib edən təhlükəsizlik qüvvələri daha qorxulu mənzərə ilə qarşılaşıb. Kinoteatrın içərisindəki bomba qurğusunu gəlinin başqa kişiyə ərə getməsinə əsəbiləşən keçmiş sevgilisi qoyub.

Polis hədiyyənin içindəki partlayıcının elektrik prizinə qoşulan kimi partladığını, partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğunu bildirib.

Araşdırmalardan sonra gəlinin keçmiş sevgilisi Sərju Markam nəzarətə götürülüb. 33 yaşlı avtomexanik bomba hazırlamağı əvvəllər işlədiyi karxanada öyrəndiyini etiraf edib.

İstintaqı aparan müstəntiq Manişa Thakur yerli mətbuata bildirib: “Dindirmə zamanı müttəhim etiraf edib ki, kinoteatrda bomba qurğusu yerləşdirib və onu yeni evlənənlərə hədiyyə edib. Onun partlayıcıları və işin digər təfərrüatlarını haradan tapdığını hələ dəqiqləşdirə bilməmişik”.

Yerli mətbuatda gedən xəbərlərdə qısqanc sevgilinin əvvəlcə evli olduğunu gizlətdiyi, daha sonra gəlini ikinci arvad almaq istədiyi bildirilib.