Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq - Çavuşoğlu

12:00 24.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırda Qabon sahillərindədir.

 

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:

 

“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

Oxunma sayı 278
Siyasət rubrikasından digər xəbərlər