Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib.
Hafta.az xəbər verir ki, Bərdə Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov ilə keçirilib.
“Kütləvi İnformasiya Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi” mövzusunda mühazirədə jurnalistikanın əsas prinsipləri və bölgə mediasının xüsusiyyətləri haqqında məlumat verilib. 44 günlük müharibədə hərbi sirr xarakterli məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin tələblərinin qorunması istiqamətində göstərilən fəaliyyətdən danışılıb.
Təlimdə, həmçinin xəbərlərin hazırlanması və ötürülməsində təqdim edilən informasiyanın operativliyi və dəqiqliyinin vacibliyi diqqətə çatdırılıb. Təlim iştirakçıları müxtəlif media qurumlarının Qarabağ bölgəsi üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş videoçarxı izləyblər.
Daha sonra mövzu üzrə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavaalandırılıb.