Gəncədə evi ildırım vurdu - YANĞIN

22:12 19.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə evə düşən ildırım yanğına səbəb olub. Hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.

Hafta.az sözügedən ərazidə yerləşən evin mətbəxinə ildırım düşəndən sonra yanğın başlayıb.

Dərhal əraziyə FHN əməkdaşları cəlb edilib.

Yanğının qarşısı alınıb.