Fələstin səfirliyi ADA Mədəniyyət Festivalında iştirak edib - FOTO

14:33 05.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstinin Azərbaycandakı səfirliyi mədəni rəngarəngliyi qeyd etmək və xalqlar arasında dialoq və ünsiyyəti inkişaf etdirmək üçün seçilən platforma sayılan ADA Mədəniyyət Festivalında iştirak edib.

Hafta.az yazır ki, səfirlik onlar üçün ayrılmış guşədə ənənəvi mətbəx, Fələstin irsinə aid məhsulları sərgiləyib.

Bundan əlavə, Fələstin kimliyini və onun zəngin tarixini təcəssüm etdirən mədəni elementlər vasitəsilə orijinal milli irsin aspektlərini nümayiş etdirən Fələstin mədəniyyət pavilyonunu qonaqların marağına səbəb olub.

Sərgidə iştirak səfirliyin mədəni mübadiləni təşviq etmək, Fələstin mədəniyyəti haqqında məlumatlılığı artırmaq, müxtəlif xalqlar və mədəniyyətlər arasında dostluq və anlaşma körpülərini gücləndirmək səylərinin bir hissəsidir.