Yazını böyüt
Yazını kiçilt
Gəncədə məktəb koronavirusa yoluxma səbəbindən distant tədrisə keçib.
Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev xəbər verib. Onun sözlərinə görə, Gəncə şəhər 4 nömrəli Mehdi Mehdizadə adına tam orta məktəbin 5 şagirdi və 6 müəlliminin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən məktəbdə dərslərin 1 həftə distant formada keçirilməsinə qərar verilib.