Gəncədə məktəbli bıçaqlandı

17:24 10.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində məktəbli bıçaqlanıb.

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.

On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb. 

O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.