Gəncədə mənzildə 69 yaşlı kişi meyiti tapılıb

21:51 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Məmmədov Xeyrəddin Abdı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 116