Çinli alimlərin apardığı araşdırmaya görə, gənclər arasında miyopiyanın (göz zəifliyi) yayılma dərəcəsinə görə, Yaponiya 86 faizlə birinci, Cənubi Koreya isə 73,94 faizlə ikinci yerdə qərarlaşarkən, Rusiya 46,17 faizlə üçüncü pillədə yer tutub. Araşdırmalara görə, dünyada miyopiya nisbətləri sürətlə artır və bu vəziyyət xüsusilə uşaq və yeniyetmələrdə nəzərə çarpır.
Hafta.az-ın yazdığına görə, Çin alimlərinin apardığı araşdırmada 50 ölkədən toplanan 276 tibbi araşdırma araşdırılıb və təxminən 5,5 milyon gənc və uşaq üzərində aparılan təhlillər qiymətləndirilib. Araşdırmanın nəticələrinə görə, 5-19 yaş arası uşaq və yeniyetmələr arasında miyopiyanın yayılması 30,47 faiz təşkil edir. Bu nisbət 1990-2000-ci illər arasında cəmi 24 faiz təşkil etmişdi ki, bu da son üç onillikdə miopiyanın əhəmiyyətli dərəcədə artdığını göstərir.

Araşdırmada miyopiya nisbətinin 35,22 faizlə Asiya bölgəsində ən yüksək, Latın Amerikası və Karib hövzəsində isə 3,75 faizlə ən aşağı olduğu müəyyən edilib. Xüsusilə Yaponiya və Cənubi Koreyada gənclər arasında miopiyanın yayılması diqqət çəkirsə, Rusiya bu ölkələri izləyir. Rusiyada 5-14 yaş qrupunda olan uşaqların 35,1 faizi miyopiyadan əziyyət çəkdiyi halda, 15-17 yaşlı gənclərdə bu nisbət 59,3 faizə yüksəlir.
Rusiya Səhiyyə Nazirliyinin Uşaq Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzindən oftalmoloq Marina Petraçkova bildirir ki, miyopiya xüsusilə böyük şəhərlərdə daha çox müşahidə olunur. Petraçkova rəqəmsal cihazlardan istifadənin artmasının miyopiyaya səbəb olduğunu bildirir. Xüsusilə Covid-19 pandemiyası zamanı elektron cihazlardan istifadənin artması miyopiya hallarını artırıb.
Oftalmoloqlar miyopiyanın qarşısını almaq üçün ekran qarşısında qalma müddətini azaltmağı və “20-20-20 qaydası” kimi üsulları tətbiq etməyi məsləhət görürlər. Bu qayda vurğulayır ki, hər 20 dəqiqədən bir ara verməli və 20 saniyə uzaqdakı obyektə baxmalısınız.