Gimnaziada İdman Oyunlarında şahmatın blits üzrə yarışları başa çatıb

23:24 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında şahmatın blits üzrə yarışları başa çatıb.

Hafta.az xəbər verir ki, Azərbaycan şahmatçısı Paşam Əlizadə 6-cı yeri tutub.

O, 9 oyundan 6 xal toplayıb. Məryəm Ağaverdiyeva isə 7 turda 4 xal yığıb və 6-cı yeri tutub. Qeyd edək ki, rapiddə P. Əlizadə 9 görüşdə 5,5 xalla 6-cı yeri, M. Ağaverdiyeva isə 7 turda 3,5 xalla 9-cu olub.

Qeyd edək ki, yarışlara aprelin 12-də yekun vurulacaq.