Göldə batan 20 yaşlı oğlanın meyiti tapılıb

14:26 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə göldə batan oğlanını meyiti tapılıb.

Hafta.az Fövqəladə Hallar Naziyinin saytına istinadən bildirir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.