Gömrükçülər tapdı: 756 mindən çox narkotik həb ələ keçirildi

09:30 08.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı rəsmiləri bəyan ediblər ki, gömrük qapılarından ölkəyə gətirilməsi nəzərdə tutulan 750 mindən çox narkotik həb ələ keçirilib.

Hafta.az-ın Səudiyyə Ərəbistanı rəsmi agentliyi SPA-ya istinadən yazdığına görə, Zəkat, Vergi və Gömrük Təşkilatı paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından və İordaniya sərhədindəki Əl-Hadise Sərhəd Qapısından ölkəyə narkotik girişinin qarşısını almaq üçün 4 əməliyyat həyata keçirildiyini açıqlayıb.

Bildirilib ki, əməliyyatlar zamanı gələn yük maşınlarının müxtəlif hissələrinə və mebellərin içərisinə yerləşdirilən 756 min 212 ədəd kaptaqon həb götürülüb.

Qeyd olunub ki, əməliyyatlarda xüsusi yetişdirilmiş itlərdən də istifadə olunub.