Google 10 min işçisini işdən çıxarmaq niyyətindədir

20:05 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Alphabet Inc-in bir hissəsi olan Amerikanın Google şirkəti ən pis KPI göstəricilərinə malik 10 min əməkdaşını və ya ümumi işçilərin 6%-ni ixtisar etməyi düşünür. Bu barədə hafta.az “The Information”a istinadən xəbər verir.

Google nümayəndələrinin MarketWatch-in sorğusuna cavab olaraq mümkün ixtisarlarla bağlı şərh verməkdən imtina etdiyi bildirilir.

Sektordakı digər şirkətlər kimi, Google da koronavirus pandemiyası zamanı onların xidmətlərinə tələbatın kəskin artması fonunda işçilərin sayını fəal şəkildə artırır. Bu da öz növbəsində əməliyyat xərclərinin artmasına səbəb olub.

Alphabet səhmləri çərşənbə günü 1,45% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması üçdə bir azalaraq 1,26 trilyon dollara düşüb, S&P 500 indeksi isə bu müddət ərzində 15,5% itirib.

Oxunma sayı 1971