Google Rusiya Federasiya Şurasının YouTube hesabını dayandırıb. Hafta.az bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının rəsmi teleqram kanalında bilfirilib.
Federasiya Şurasına Google-dan daxil olan mesajda deyilir ki, qərar “ixracın məhdudlaşdırılması və sanksiyaların tətbiqi ilə bağlı qaydalara uyğun olaraq” qəbul edilib.
Federasiya Şurası qeyd edir ki, iki kanalın 200.000-dən çox abunəçisi və 20.000 videosu var. Palatanın, komitələrin iclaslarının canlı yayımları, həmçinin “Rusiya dövlətinin tarixinə dair maarifləndirici verilişlər” dərc olunurdu.
Bundan sonra TASS dövlət agentliyi xəbər verib ki, Federasiya Şurasının profil komissiyasının rəhbəri Aleksey Puşkov YouTube-un Rusiyada bloklanması imkanlarına baxılması təklifi ilə Roskomnadzor və Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edəcək.