Goranboyda 11 yaşlı uşaq oda düşdü

14:16 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda 11 yaşlı uşaq velosipedlə tullantıların yandığı tonqala yıxılıb.

 

Hafta.az-ın məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

 

2010-cu il təvəllüdlü kənd sakini Sərxan Ağammədov velosipedlə gəzərkən ehtiyatsızlıq edərək kənddə məişət tullantılarının yandırılması üçün qalanan tonqala yıxılıb.

 

Müxtəlif yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi yardım sayəsində uşağın durumunun stabilləşdiyi deyilir.

   

Oxunma sayı 631