Goranboyda açıq sahə YANIR-VİDEO

15:11 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, məlumatla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 200kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70p.m yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.