Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

15:34 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda avtomobil oğurlayan şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.