Goranboyda birmərtəbəli ev yanıb

20:21 29.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonunun Bağçakürd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.