“Görünməmiş nəticə olacaq...” - Erməni siyasətçi  Paşinyan-Tramp-Əliyev görüşü haqda...

20:02 07.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın  “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan “ Haykakan Jamanak ” a müsahibəsində ABŞ-da gözlənilən Paşinyan-Tramp-Əliyev görüşünə istinad edərək ilk olaraq vurğulayıb ki, ABŞ 2022-ci ildən bəri neytrallıqdan uzaqlaşıb və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə birbaşa qoşulmağa başlayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Armenian Tayms” nəşri məlumat yayıb.

Partiya sədri qeyd edir ki, bununla ABŞ guya Azərbaycanın Ermənistan ərazilərinə hücumunun qarşısını alıb.

A.Babacanyan eyni zamanda Ermənistanın həmin vaxt nə Rusiyadan, nə də KTMT-dən cavab aldığını, ruslar üçün ayrılmış mövqelərin Azərbaycana keçdiyini xatırladır.

Siyasətçinin sözlərinə görə, bu qısa müddət ərzində üç Ermənistan-Amerika hərbi təlimi və yüksək rütbəli məmurlar arasında bir sıra görüşlər keçirilib.

A.Babacanyan ABŞ-ın Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıdığını vurğulayır. Bu kontekstdə partiya sədri qeyd edib ki, yolların istismarı ilə bağlı hər hansı təklif olarsa, ABŞ Ermənistanın suverenliyini tanıyır.

Arman Babacanyanın fikrincə, ABŞ regionda təkcə siyasi benefisiar deyil, həm də iqtisadi təşəbbüskardır.

Qarşıdan gələn üçtərəfli görüşə bir daha toxunan “Respublika Naminə” partiyanın sədri deyib ki, bu görüş zamanı razılığın əldə olunması və iki ölkə (Ermənistan və Azərbaycan) liderlərinin bunu imzalaması vacibdir ki, bu da onun fikrincə, regionda dönməz sülhə rəvac verəcək.

"Üçtərəfli bəyanat sülh gətirmədi, çünki vasitəçi yükünü Türkiyəyə, oradan da Avropaya çatdırmaq üçün yola nəzarət etmək üçün müharibəyə başlayan Rusiya idi. Vaşinqton görüşü noyabrın 10-u və onunla bağlı aldatmaların səhifəsini bağlayır. Fəaliyyət planı hazırlamaq üçün razılaşma olacaq", - o, qeyd edib.

Erməni siyasətçi əmindir ki, bu proses nəticəsində ABŞ da Ermənistan-Türkiyə sərhədinin açılmasına nail olmaq istəyir: “Yaxın vaxtlarda ciddi hadisələrin şahidi olacağıq”.