Göyçayda yanğın olub

22:20 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1190 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, ətrafında 700 m² sahədə quru ot, kol-kos və məişət tullantıları, 1 ədəd telefon dirəyi və ərazidən keçən hava telefon xətti 80 p.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

 

 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.