Göyərtəsində sərnişinlər olan PUA ilk uçuşunu həyata keçirdi

15:25 30.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çinin "EHang" şirkəti “EH216-S” pilotsuz təyyarəsinin göyərtəsində sərnişinlərin olduğu ilk kommersiya uçuşu ilə bağlı press-reliz yayıb.

Hafta.az xəbər verir ki,  bu haqda “Bespilot" telegram-kanalı  yazıb.

Əslində bu, Quançjou və Hefey şəhərlərində pilotsuz taksinin sınaq uçuşu olub. Sərnişinlərdən heç kim pul götürməyib. Yeri gəlmişkən, dronda məmurlar yer alıblar. Uçuş zamanı şəhərlərin üzərindəki hava məkanı hər ehtimala qarşı bağlanıb"

Aydınlaşdırılır ki, pilotsuz uçan taksilərin müntəzəm istismarına qədər hələ də hazırlıq işləri görülməlidir.

Bundan əvvəl Britaniyada uçan taksinin sınaqlarının uğurla başa çatdığı bildirilirdi.