Göygöldə gizlədilən tapança və 1 ədəd süngü-bıçaq aşkarlandı

16:38 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun Göygöl rayonu ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Göygöl RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.